resepti.local » Resept » Qış pəhrizi
Qış pəhrizi

Qış pəhrizi

Kateqoriya: pəhriz (diet)

Qış pəhrizi

Qış elə bir fəsildir ki, istər-istəməz artıq kilolar meydana gəlir və qalın geyim onları “ört-bastır” edir. Nəticədə, biz qış boyu qazandığımız artıq çəkilərdən yalnız yaz-yay aylarında xilas olmağa başlayırıq. Amma bu qədər gözləməyə dəyməz! Hər fəslin öz pəhrizinə əməl etməklə, artıq çəkidən xilas olmaq mümkündür.

1-ci gün
Səhər yeməyi:
Kibrit qutusu boyda ağ pendir;
Qızardılmış kəpək çörəyi – 1 dilim;
Şəkərsiz çay;
Soyutma yumurta – 1 ədəd.

Nahar:
Yağsız tərəvəz salatı;
Manqal küftəsi – 2 ədəd.

Axşama doğru:
Alma – 1 ədəd;
Şam yeməyi:
Qaynadılmış göyərti – 100 qr.;
Yoqurt – 1 qab.

Yatmazdan əvvəl:
Süd – 1 stəkan.

2-ci gün
Səhər yeməyi:
2 kibrit qutusu boyda holland pendiri;
Qızardılmış kəpək çörəyi – 1 dilim;
Şəkərsiz çay;
Zeytun – 3-4 ədəd.

Nahar:
Yoqurt – 1 qab;
Manqal küftəsi – 4 ədəd;

Axşama doğru:
Armud – 1 ədəd;

Şam yeməyi:
Qaynadılmış ispanaq;
Manqal balığı – 2 dilim;

Yatmazdan əvvəl:
Süd – 1 stəkan.

Qeyd: Bu pəhrizi mütəmadi olaraq davam etdirməklə, qış boyunca artıq çəkilərdən azad olacaq, həm də bol vitamin qəbul edəcəksiniz.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür