resepti.local » Resept » Xiyar turşusu resepti
Xiyar turşusu resepti

Xiyar turşusu resepti

Mətbəx: Yoxdu
Kateqoriya: turşular
Porsiya: Yox

Xiyar turşusu resepti

Tərkibi:
Turşuluq xiyar,
Diş- diş ayırtlanmış sarımsaq,
Noxud,
Turşu suyu,
Şüyüd,
Dəfnə yarpağı,

Hazırlanması:
Körpə və kiçik xiyarları yaxşıca yuyun.
Yuduqdan sonra suyunu süzməyə qoyun.
Nəmli qalan hissələrini isə dəsmal ilə qurudun.
Xiyarların üzərində bir neçə yerindən çəngəllə deşin.
Turşu hazırlayacağınız bankaların alt hissəsinə 5-6 dənə diş sarımsaq və noxud dənələri yerləşdirin.
Xiyarları əzmədən bankaları doldurun.
Xiyar qatlarının aralarına sarımsaq və noxud dənələri yığın.
Bankanın üst hissəsinə şüyüd dəstəsi və bir neçə dənə dəfnə yarpağı ilə qapağı qoyun.
Daha öncə bəhs etdiyimiz ölçüler əsasında hazırladığınız turşu suyunu xiyarın üzərinə əlavə edin.
Suyu da əlavə etdikdən sonra bankanın ağzını möhkəm bağlayın.
Xiyarlar turşuduqca bankalardan sular axaraq azalır .
Buna görə də su azaldıqca bankaya turşu suyu əlavə etmək lazımdır.
Xiyarın seçilməsindən asılı olaraq kölgə və ətraf temperatur şəraitində 3-5 həftə içində yeyilnməyə hazır olacaqlar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür