resepti.local » Resept » Bulğurlu börək resepti
Bulğurlu börək resepti

Bulğurlu börək resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Bulğurlu börək resepti

Tərkibi:
2 ədəd yuxa,
1 stəkan plovluq bulğur,
250 q pendir,
1 dəstə cəfəri,
1 dəstə şüyüd,
Duz,
İstiot,
pul bibər

Qızartmaq üçün:
Maye yağ,

Hazırlanması:
Plovluq bulğurun üzərini keçənə qədər su əlavə edib bişirin və suyunu süzün.
Bişirdiyiniz bulğurun üzərinə ufalanmış pendiri, incə doğranmış cəfəri və şüyüdü əlavə edib ədviyyatları da qarışdırın.
Yuxaları üst üstə qoyaraq rulon şəklində bükün.
Rulon yuxaları 4 barmaq enində kəsin.
Hər bir kəsiyin uc hissəsinə bolca hazırlanan içlikdən qoyub üçbucaq şəklində qatlayın.
Qızğın bol maye yağda börəklər qızılı rəng alana qədər qızardın.
İsti halda servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür