resepti.local » Resept » Exinaseya - immuniteti möhkəmləndirən bitki
Exinaseya - immuniteti möhkəmləndirən bitki

Exinaseya - immuniteti möhkəmləndirən bitki

Kateqoriya: faydalı bitkilər

Exinaseya - immuniteti möhkəmləndirən bitki

Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.

Elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immum mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

Bundan əlavə bu bitki iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən exinaseya və onun əsasında hazırlanan preparatlar böyrəklər, sidik yolları və sidik kisəsi iltihabları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.

Exinaseya təbii "antibiotik"dir. Bu bitki orqanizmdə ziyanlı mikrobların çoxalmasının qarşısını almaq qabiliyyətinə malikdir.

Exinaseya toxumaların bərpasını sürətləndirir və bu səbəbdən yaraların, dəridə səpgilərin, furunkulların müalicəsində istifadə olunur.

Exinaseyanın şişəleyhinə təsiri də var.

Pediatrlar exinaseya əsasında preparatları uşaqlara tez-tez təyin edir. Bu preparatların heç bir ciddi yanaşı təsiri yoxdur.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür