resepti.local » Resept » Meyvəli proq resepti - FOTO RESEPT
Meyvəli proq resepti - FOTO RESEPT

Meyvəli proq resepti - FOTO RESEPT

Mətbəx: Yoxdu
Porsiya: Yox

Meyvəli proq resepti - FOTO RESEPT

Tərkibi:
Xəmir üçün:

1 st şəkər tozu
3 yumurta sarısı
150 qr yag
Soda+limon suyu
Un təxmini 2-3st,xəmir oluncayadək

Arasına:
Beze ve zövqə uygun meyvə, 3 yumurta ağını yarım stəkan şəkərlə calıb beze etmək.

Meyvəli proq resepti - FOTO RESEPT


Hazırlanması:
Şəkər, yumurta sarısı ve yağı qatıb, limon suyuyla köptürülmüş sodanı əlavə edirik sonra unu töküb xəmir hazırlayırıq, xəmirden bir balaca kusok götürüb soyuducuya qoyuruq
Xəmirin qalan əsas hissəsini yağlanmış listin ortasına qoyub əlimizlə listin icinə yayırıq. Sonra meyvələri düzürük, meyvənin üstündən bezeni tökürük (bezeni ehtiyatla yayırıq her tərəfinə qaşıqla üstdən çox basmaq olmaz yoxsa bezenin köpüklü hissəsi mehv olar)





Qoyuruq duxovkaya 2-3 dəqiqə bişirib cıxardırıq,soyuducudakı xəmiri piroqun üstünə sürtkəcdən keçirib yenidən qoyuruq bişməyə,30 deq 180 dərəcədə bişiririk.



Men ağ gilas mürebbəsiyle etdiyimi çəkmişem ona görə ləpədə var şekildekində, amma şəkildə gördüyünüzlə bəraabər malina ve smorodinaylada edirem onda ləpə uygunsuzdu, bişən kimi üstünü süfreyle örtmek lazım yoxsa quru olur qıraqları, biraz soyuduqdan sonra şeker pudrası səpə bilərsiz üstünə.







QEYD: Yekə listdə edərkən reseptdə yazılmış hərşeyi ikiyə artırın (2porsiya) yekə listde olana meyve düzüb, bize sonra bir qatda yenə meyve düzmüşem, yay meyvələriylə doyulmuyan dərəcədə dadlı olur.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür