resepti.local » Resept » Çörək dolması (Fodula) resepti
Çörək dolması (Fodula) resepti

Çörək dolması (Fodula) resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Çörək dolması (Fodula) resepti

Tərkibi:
250 q qiymə,
1 soğan,
1 ədəd fırında bişmiş yumru çörək,
1 ovuc qoz, istiot,
Cəfəri,
Kərə yağı,
Tomat,
Ət suyu,

Hazırlanması:
Fırında bişən çörəyi isti -isti istifadə etmək olmaz.
Gözləmək lazımdır ki , çörək boyatlaşsın.
Təzə çörəklə bişirmək istəsəniz çörək xəmir olar.
Çörəyin yumşaq hissəsini tamamən çıxardın .
Balaca bir saxsıya bənzər qab alınacaqdır.
Ocağın üzərinə qoyduğunuz tavada yağı qızdıraraq içərisinə doğranmış soğanı və qiyməni əlavə edərək qovurun.
Qovurduğunuz bu qarışığın içərisinə çörəyin içini əlavə edib bir az da qovurmağa davam edin.
Əvvəlcədən qozu da iri-iri doğrayın.
Doğradığınız qozu, cəfərini, istiotu, duzu da qiyməyə əlavə edin.
Əldə etdiyiniz bu qarışığı boş olan çörək qabın içərisinə doldurun.
Geniş bir qabın içinə ət suyu qoyub hazırladığınız çörəyi suyun içinə qoyun.
Ət suyunun yüksəkliyi çörəkdən 2-3 barmaq qədər keçməlidir.
Ocaqda qaynayan ət suyundan ara sıra qaşıqla alaraq çörəyin üzərinə gəzdirin.
Ancaq çörəyi vam odda bişirmək lazımdır.
Bişən çörəyin üzərinə isti tomat sosu gəzdirin.
Bir müddət dəmə qoyduqdan sonra dilimləyərək servisə hazır hala gətirin.
İsti halda servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür