resepti.local » Resept » Sucuqlu yumurtalı pidə resepti
Sucuqlu yumurtalı pidə resepti

Sucuqlu yumurtalı pidə resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Sucuqlu yumurtalı pidə resepti

Tərkibi:
1.5 Su stəkanı su,
1 Su stəkanı süd və ya ayran,
1 silmə yemək qaşığı quru maya,
1 çay qaşığı şəkər,
1 çay qaşığı duz,
2 yemək qaşığı zeytun yağı,
5- 5,5 su stəkanı qədər un,

Ayrıca:
Sosiska,
holland pendiri,
yumurta

Hazırlanması:
Xəmir üçün olan ərzaqlardan istifadə edərək yumşaq bir xəmir hazırlayın.
Üzərini örtüb mayalanmaya buraxın.
Mayalanan xəmirdən iri portağal böyüklüyündə parçalar ayırın.
1 sm qalınlığında böyük boy tort qabı böyüklüyündə kündələri açın.
Kənar qisimlərə holland pendiri dilimləri yerləşdirib, xəmirin kənarlarını içə doğru qatlayın.
Ortada qalan boşluğa holland pendiri rəndəsi döşəyin.
Kənarlara sosiska dilimləri düzün.
Tam ortaya da bir ədəd yumurta qırın.
Kənar hissələrə yumurta sarısı sürtün.
Əvvəldən 22 dərəcəyə qədər isidilmiş fırında üzəri qızarana qədər bişirin.
Soyutmadan servis edin.

Qeyd:
Pidə qalın olmadığı üçün tez bişir və içi xəmir qalmır. Siz Sobanıza görə istiliyi təyin edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür