resepti.local » Resept » Paxlava resepti
Paxlava resepti

Paxlava resepti

Mətbəx: Milli mətbəx
Porsiya: Yox

Paxlava resepti

Tərkibi:
Xəmir üçün:
2 ədəd yumurta+1 ədəd yumurtanın sarısı,
2 st. ilıq süd (təxmini 300 ml),
250 qr yumşaq kərə yağı,
1 kofe qaşığı maya,
1 çimdik duz,
vanil (az miqdarda),
1 kq un (ələnmiş)

İçlik üçün:
qovrulmuş qoz ləpəsi,
şəkər tozu,
üyüdülmüş hil

Üzəri üçün:
qovrulmuş fındıq ləpəsi,
yumurta sarəsı,
bal

Hazırlanması:
Əvvəlcə xəmir üçün qeyd olunmuş ərzaqları bir qabda qarışdırıb, xəmir yoğururuq. Xəmiri isti yerdə 30-40 dəqiqə saxladıqdan sonra 9 ədəd kündə tuturuq. Kündələri sıra ilə yayırıq. Ən alt və ən üst qatlar nisbətən qalın olmalıdır. Soba qabının dibini bol kərə yağı ilə yağlayıb, ilk qalın qatı səririk. Üzərinə 3-4 x.q. ərinmiş yağ gəzdirib, ikinci qatı yerləşdiririk. Yenindən yağlayıb, hər tərəfə bərabər yaymaq şərtilə 4-5 x.q. içlik səpirik. Növbəti qatları da bu qayda ilə yağlayıb, içlik səpərək yerləşdiririk. Ən üst qatdan əvvəlki qat yağlanır ama içlik səpilmir. Son olaraq ən üst qatı yerləşdiririk. Üzərinə yumurta sarısı çəkib, paxlava şəklində kəsirik. Hər bir paxlavanın mərkəzinə ləpə yerləşdirib, bişməyə qoyuruq. 20-25 dəqiqə bişdikdən sonra əgər yağı azdırsa üzərinə yenidən yağ gəzdiririk. Hazır olduqdan sonra (təxminən 40-45 dəq. çəkir) üzərinə qaşığın arxası ilə bal sürtürük. Bu arada bıçağı paxlavaların aralarına tam gəzdiririk ki, bitişən yer qalmasın. Son olaraq yarım stəkan şərbəti bütün list boyu gəzdirib, kənara qoyuruq.
*Qeyd. Şərbətini çox etməyin və şərbət tökdükdən sonra sobaya qoymayın. Yoxsa bərk və saqqız kimi olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür