resepti.local » Resept » Noxud salatı resepti
Noxud salatı resepti

Noxud salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Noxud salatı resepti

Tərkibi:
1/2 stəkan noxud
5-6 ədəd çeri pomidorları (olmasa, 1-2 ədəd adı pomidordan istifadə edə bilərsiniz)
40 qr feta pendiri (adi ağ pendir)
1 xörək qaşığı narşərab
1 xörək qaşığı zeytun yağı
reyhan
duz
istiot

Hazırlanması:
Salatı hazırlamaq üçün bir gün əvvəldən noxudları suda saxlayırıq. Daha sonra isə bişiririk. Pomidorları kiçik-kiçik dograyırıq. Eləcə də ağ pendirləri kub şəkilində doğrayırıq.

Böyük bir qaba bütün ərzaqlarımızı əlavə edib duz, istiot, narşərab. zeytun yağı və xırda dogranmış reyhanlarımızı əlavə edib qarışdırırıq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür