resepti.local » Resept » Zirincli toyuq salatı resepti
Zirincli toyuq salatı resepti

Zirincli toyuq salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Zirincli toyuq salatı resepti

Tərkibi:
toyuq filesi
qoz və badam ləpəsi
yerkökü
qırmızı bibər
yaşıl bibər
pomidor
xiyar
zirinc
duz,istiot
mayonez

Hazırlanması:
Əvvəlcə toyuq filesini və yerkökünü fərqli qablarda suda qaynadın. Bu müddət ərzində pomidorun kənar, bərk hissələrini( içinin sulu tərəfini doğrasanız su salacaq) uzunsov doğrayın. Ardınca xiyarı və bibərləri uzun formada doğrayın. Qoz və badamı isə sürtkəcdən keçirməyə çalışın, əgər dişədəyən olmasını istəyirsinizsə xırda formada doğrayın. Sonra bişmiş toyuq ətini əlinizlə uzun formada didin. Yerkökünü də eyni qaydada doğrayın. Zirinc əlavə edin. Duz-istiot vurmağı unutmayın. Sonda mayonez əlavə edib, yaxşıca qarışdırın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür