resepti.local » Resept » Dadlı yarpaq dolmasını necə bişirək? Baş aşpazdan sirlər
Dadlı yarpaq dolmasını necə bişirək? Baş aşpazdan sirlər

Dadlı yarpaq dolmasını necə bişirək? Baş aşpazdan sirlər

Kateqoriya: məsləhətlər

Dadlı yarpaq dolmasını necə bişirək? Baş aşpazdan sirlər

Xanədan restoranının baş aşpazı ZİYA ŞAHBAZOV milli mətbəximizin ən populyar yeməklərindən biri olan yarpaq dolmasını dadlı bişirməyin bir neçə sirrini bizimlə bölüşdü:

Dolmaya su qədərində əlavə olunmalıdır. Çünki bişdikdə ət və yarpaq su buraxır. Dolmanın suyu qazandan daşarsa, dolmanın dadı-tamı o su ilə axıb gedir;
Dolma zəif, vam odda bişməlidir. Güclü odda bişirilərsə, dolma bərk olur və qaralır;
Dolmanın əti yağlı olmalıdır. Mal ətindən bişirirsizsə, ona quyruq vurun;
Ət yağsızdırsa, farşa bir az kərə yağı qatın;
Keşniş həm dolmaya, həm bütün yeməklərə dad, ətir verir. Keşnişdən həmişə istifadə edin;
Bizim restoranda dolma kababı da bişirilir. Yarpaq dolması şişə keçirilərək bişirilir. Çox dadlı olur;
Yeməyin dadlı olması üçün ən əsas şərt isə, onu ürəklə, məhəbbətlə bişirməkdir. Ürəksiz bişirilən yemək dadlı olmur.

süfrem.az
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür