resepti.local » Resept » Pasxa çörəyi (kuliç) resepti
Pasxa çörəyi (kuliç) resepti

Pasxa çörəyi (kuliç) resepti

Mətbəx: Rus mətbəxi
Porsiya: Yox

Pasxa çörəyi (kuliç) resepti

Tərkibi:
250 ml süd
650 qr un
1 x.q. maya (tam dolu olmayan )
100 qr kərə yağı
1 x.q. duru yağ
100 qr kişmiş
2 ədəd yumurta
vanil
100 qr. şokolad
130 qr şəkər tozu

Hazırlanması:
Əvvəlcə xəmir üçün ilıq süd, maya və 250 qr unu qarışdırıb, 1 saat gözlədirik. Digər tərəfdə kişmişlərin üzərinə su tökürük ki, şişsinlər. Daha sonra yumurta, şəkər tozu və vanili mikserlə 7 dəq. çalırıq. Süd qarışımı, yumurta qarışımı, əridilmiş kərə yağı, kişmiş və qalan unu da qarışdırıb, xəmir yoğururuq.
Şokolad və 1 x.q. kərə yağını buxarda əridib, xəmirin üzərinə əlavə edirik və asta qarışdırırıq ki, zebra forması alsın. Hazır olmuş xəmiri 40 dəq. dinləndirdikdən sonra fincanlara yağlı kağız sərib, xəmiri yerləşdiririk. 180℃ isisilmiş sobada 30 dəq. bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür