resepti.local » Resept » Avokado əzməsi resepti
Avokado əzməsi resepti

Avokado əzməsi resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 1-2

Avokado əzməsi resepti

Tərkibi:
2 ədəd avokado
2 yemək qaşığı krem pendir
1 yemək qaşığı ricotta pendiri
Kiçik bir parça qırmızı soğan (İncə qıyılmış)
15 damcı limonun suyu
Duz,
istiot
rəndə parmesan pendiri
Zeytun yağı

Hazırlanması:
Avokadonu ikiyə kəsin, qabıqlarını soyun. Yanmaz tavada kəsik yerləri altda qalacaq şəkildə 5 dəqiqə orta odda qızardın, çevirməyin, sadəcə, bir üzü qızarsın.
Avokadolarla birlikdə ricotta pendirini, limon suyunu blender-dən keçirin. Bir qaba alıb soğan, duz, istiot və krem pendiri əlavə edin. Qarışdırıb servis qabına alın. Üzərinə parmesan pendiri rəndəsi səpib süfrəyə verin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür