resepti.local » Resept » Hinduşka qovurması resepti
Hinduşka qovurması resepti

Hinduşka qovurması resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 2-4

Hinduşka qovurması resepti

Tərkibi:
0.5 kq hinduşka,
250 qr çiyidi çıxarılmış zoğal,
2 ədəd baş soğan (orta ölçülü),
2.5 st bulyon,
duz, istiot
zövqə görə ədviyyatlar

Hazırlanması:
Əvvəlcə hinduşlka ətini suda qaynadırıq. Dadlı və ətirli bulyon əldə etmək üçün əti qaynadarkən suya 1 ədəd baş soğan, 1 diş sarımsaq və 1 dəfnə yarpağı əlavə edirik. Ətin tam bişdiyinə əmin olduqdan sonra duzunu əlavə etmək lazımdır, əks halda ət bərkiyir, gec bişir. Ət bişdikdən sonra soğanları samanvari doğrayıb, yağda qızardırıq. Üzərinə ət əlavə edib, qovurmağa davam edirik. Zoğalı, ədviyyatları və ən axırda bulyonu ətin üzərinə töküb, az odda 20 dəqiqə bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür