resepti.local » Resept » 2019 Yeni İl tortu resepti
2019 Yeni İl tortu resepti

2019 Yeni İl tortu resepti

Mətbəx: Yoxdu
Porsiya: 8-10

2019 Yeni İl tortu resepti

Tərkibi:
12 yumurta
6 çay stəkanı toz şəkər
9 yemək qaşığı kakao
6 çay stəkanı un
3 paket qabartma tozu
3 paket vanil
1 su stəkanı damla şokolad

Keksi islatmaq üçün:
80 q südlü şokolad
3 su stəkanı süd

Üzəri üçün:
Ağ şəkər xəmiri

Bəzəmək üçün:
Qırmızı, yaşıl, ağ qəhvəyi şəkər xəmiri
Yeni il bəzəkləri

Hazırlanması:
Yumurta və şəkər tozu geniş bir qarışdırma qabına alıb bir mikser ilə şəkər tamamilə əriyənə qədər çalın. Kakao, un, qabartma tozu, vanil və damla şokoladı əlavə edib təkrar çalın. Keks xəmirini fərqli ölçülərdəki iki keks qabına bölüşdürün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin. Keksi islatmaq üçün şokoladı benmari üsulu əridib südlə qarışdırın. Soyuyan keksləri şokoladlı südlə isladıb üst-üstə yığın. Ağ şəkər xəmirini incə açıb tortun üzərini örtün. Rəngli şəkər xəmirləri etdiyiniz yeni il mövzulu bəzəkləri tortunun üstünə yerləşdirin. Şəkər xəmirinin əriməməsi üçün tortun bir müddət soyuducusunda saxlayın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür