resepti.local » Resept » Limon mürəbbəsi resepti
Limon mürəbbəsi resepti

Limon mürəbbəsi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Limon mürəbbəsi resepti

Tərkibi:
- 4 ədəd limon
- 2 stəkan şəkər tozu
- 1 stəkan su

Hazırlanması:
Limonları yuyun, ağ hissələri qalacaq şəkildə qabığını nazik bıçaqla soyun. Soyduqdan sonra xırda dilimlərə ayırın. Limonların üzərinə şəkər tozu əlavə edib saxlayın.

Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edin, 5 dəqiqə sonra suyu süzün. Bunu 3 dəfə təkrar edin.
Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin suyu töküb qaynadın.

Qaynamağa başlayanda doğradığınız limon qabıqlarını da əlavə edin.
Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirin. Soyuyandan sonra balona yığıb soyuducuda saxlayın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür