resepti.local » Resept » Badamlı peçenye resepti
Badamlı peçenye resepti

Badamlı peçenye resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Badamlı peçenye resepti

Tərkibi:
1 stəkan yarım un
1 stəkan şəkər tozu
150 qr badam içi
1 stəkan kərə yağı
3 yumurta ağı
1 çay qaşığı qabartma tozu
1 çimdik duz

Hazırlanması:
Soba 180 dərəcə qızdırılır. Badamlar mətbəx robotunda tamam üyüdülür. Otaq istiliyində yumşalmış kərə yağı ilə şəkər tozu krem ​​halına gələnə qədər çırpılır. İçinə yumurta ağı əlavə olunub çırılpmağa davam edilir. Qatı krem ​​halına gəlincə içinə ələnmiş un, qabartma tozu, duz, üyüdülmüş badam əlavə olunur və taxta qaşıqla qarışdırılır. Üzərinə yağlı kağız qoyulmuş soba qabına qaşıqla bir-birindən aralı şəkildə qoyulur və üstləri qızarana qədər bişirilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür