resepti.local » Resept » Böyürtkən mürəbbəsi resepti
Böyürtkən mürəbbəsi resepti

Böyürtkən mürəbbəsi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Böyürtkən mürəbbəsi resepti

Tərkibi:
1 kq böyürtkən
1 kq şəkər tozu
Yarım çay qaşığı limon duzu

Hazırlanması:
Əvvəlcə böyürtkənlər yuyulur və bir ləyənə yığılıb üzərinə şəkər tozu əlavə edilir, yarım saat gözlədilir. Ara-ara asta şəkildə taxta qaşıqla qarışdırılır. Daha sonra ocağa qoyaraq əvvəl gur, sonra isə az temperaturda 20 dəqiqə qaynadılır. Ocaqdan götürməzdən bir-iki dəqiqə əvvəl limon duzu əlavə edilib qarışdırılır.

Əvvəlcə mürəbbəniz sizə sulu görünəcək, amma onu şüşə qaba boşaldaraq nazik bir çit ilə üzərini örtün. 1-2 gün saxladıqda istədiyiniz qatılığı əldə edə biləcəksiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür