resepti.local » Resept » Qarğıdalı salatı resepti
Qarğıdalı salatı resepti

Qarğıdalı salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Qarğıdalı salatı resepti

Tərkibi:
250 qr. xiyar
50 qr. şirin bibər
200 qr. konservləşdirilmiş qarğıdalı
150 qr. mozzarella pendiri
10 qr. şüyüd
10 qr. soğan
2 xörək qaşığı limon suyu
Qurudulmuş nanə, duz, şəkər tozu, döyülmüş qara istiot
4 xörək qaşığı yoqurt

Hazırlanması:
Qatı yoqurt doğranmış şüyüd, duz, istiotla qarışdırılır. Qarışım 30 dəqiqə soyuducuda saxlanılmalıdır. Xiyar və şirin bibər xırda-xırda doğranılır, duz, limon suyu, qurudulmuş nanə, şüyüd əlavə olunur. Qarışdırılır və 10 dəqiqəlik kənara qoyulur. Mozzarella pendiri xırda parçalara ayrılır. Xiyarın üzərinə qarğıdalı əlavə olunur. Sonra mozzarella əlavə olunur və qarışdırılır. Sonda yoqurt qarışımı salata tökülür .

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür