resepti.local » Resept » Avokadolu yumurta qəlyanaltısı resepti
Avokadolu yumurta qəlyanaltısı resepti

Avokadolu yumurta qəlyanaltısı resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Avokadolu yumurta qəlyanaltısı resepti

Tərkibi:
2 yumurta
1 avokado
3 x.q. limon suyu
1 diş sarımsaq
duz
istiot

Bəzək üçün:
İstəyə görə göyərti, nar və s.

Hazırlanması:
1. Yumurtalar suda bişirilir. Soyudulur. Təmizdənir. İki yerə kəsilir. Sarısı ağından ayrılır, ağı zədələnmədən.
2. Avokado iki yerə bölünərək tumu çıxardılır, qaşıqla içi ovulur və blender qabına qoyulur. Üstünə limon suyu, sarımsaq, yumurta sarısı, duz və istiot əlavə olunur. Blenderde 3 dəqiqə ərzində püre halına salınır.
3. Hazır püreni yumurta ağına qoyulur. Bunu sadəcə çay qaşığı ilə və ya krem torbası ilə edə bilərsiniz. İstəyə görə bəzədilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür