resepti.local » Resept » Niderlandsayağı gulyaş resepti
Niderlandsayağı gulyaş resepti

Niderlandsayağı gulyaş resepti

Mətbəx: Yoxdu
Porsiya: 2-4

Niderlandsayağı gulyaş resepti

Tərkibi:
500 qr. sümüksüz mal əti
1 baş soğan
2 diş sarımsaq
4 kartof
3 kök
2 x.q. un
1 ç.q. paprika
1 ç.q. kəklikotu
1 ç.q. toz sarımsaq
1 ç.q. duz
1/4 ç.q. qara istiot
1 dəfnə yarpağı
400 qr. pomidor öz şirəsində
200 qr. bişmiş qırmızı lobya

Üstü üçün:
göyərti

Hazırlanması:
1.Baş soğan və sarımsaq xırda doğranılır. Bitki yağında biraz qızardırılır.
2. Ət orta tikələrə kəsilir. Selofan bir torbanın içinə qoyulur, üstünə un və bütün ədviyyatlar tökülür. Torbanın ağzı bağlanır. İçindəkilər qarışdırılır. Ət qızarmış soğanın üstünə əlavə olunur və 2-3 dəqiqə qızardırılır. Qazana pomidor, dəfnə yarpağı əlavə olunur. 1 st. su əlavə olunur və 1 saat az atəşdə bişirilir. Ara bir qarışdırılır dibi tutmasın.
3. Kartof və kök soyulur, yarıdan kəsilir.
4.Bişmiş ətin üstünə kartof və kök düzülür.
5. Bişmiş lobya əlavə olunur.
6. Kartof hazır olana kimi bişirilir.
7. Üstünə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür