resepti.local » Resept » Xanımların nəzərinə! Ən faydalı mürəbbələr
Xanımların nəzərinə! Ən faydalı mürəbbələr

Xanımların nəzərinə! Ən faydalı mürəbbələr

Xanımların nəzərinə! Ən faydalı mürəbbələr

Rusiyanın məşhur "Zdorovye" jurnalı ən faydalı və müalicəvi mürəbbələrin siyahısını tərtib edib:
- moruq mürəbbəsi - iltihab və mikrobəleyhinə təsir edir, hərarəti salır
- heyva mürəbbəsi - ürək-damar sistemi və qalxanvari vəzi üçün faydalıdır
- zoğal mürəbbəsi -soyuqdəymə xəstəlikləri, mədə pozulmaları, böyrək daşı xəstəliyi zamanı yaxşı kömək edir
- qoz mürəbbəsi - ürək üçün faydalıdır, qalxanvari vəzi xəstəlikləri zamanı əsl təbii dərmandır, aterosklerozun profilaktikasında istifadə olunur
- qara qarağat mürəbbəsi - avitaminoz, ürək və damar xəstəlikləri, bronxit zamanı faydalıdır, qanın tərkibini yaxılaşdırır
- quşüzümü mürəbbəsi - güclü mikrob və iltihab əleyhinə təsirə malikdir
- çaytikanı mürəbbəsi - immun sistemi möhkəmləndirir, həzmi yaxşılaşdırır, qaraciyərin sağlamlığına müsbət təsir edir
- zirinc mürəbbəsi - iltihabəleyhinə və hərarətsalan təsirə malikdir, təbii polivitamin vasitədir.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür