resepti.local » Resept » Adana kababı resepti
Adana kababı resepti

Adana kababı resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Adana kababı resepti

Tərkibi:
700 qram dana ətindən qiymə
300 qram quzu ətindən qiymə
1 diş sarımsaq
2 ədəd quru soğan
1 çay qaşığı pul bibər
1 çay qaşığı qara istiot
1 xörək qaşığı acı bibər tomatı
½ dəstə cəfəri

Hazırlanması:
* Adana kababını hazırladığınız şişi quyruq yağı ilə yağlasanız kababınız daha ləzzətli olacaq. Bişirərkən şişin altına sini və ya list qoyun ki, kababın yağı sobanızı kirləndirməsin.

Hazırlanma qaydası: Soğanları kvadrat doğrayın. Sarımsaqları əzib soğanlara qarışdırın. Quzu qiymə və dana qiyməni qarışdıraraq soğan və sarımsaqla yoğurun. Pul bibər, acı bibər və tomatı ətə əlavə edib yaxşıca qarışdırın. Sonra cəfərini və bir az duruyağ əlavə edin. Hazırladığınız bu qarışığı 2-3 saat soyuducuda saxlayın. Sobanın qril üçün olan tellərini yağlamaq üçün quyruq yağı yoxdursa kərə yağı ilə də yağlaya bilərsiniz. Sobanı 200 dərəcədə isitdikdən sonra lülə kababdan bir az yastı formada əti şişlərə yayın. 20-25 dəqiqə bişirdikdən sonra Adana kababınız hazırdır.

Adana kababınının yanında düyü və tərəvəz kababı verilir. Kababın altına lavaş da qoya bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür