resepti.local » Resept » Dadlı kofe haqqında 6 qayda
Dadlı kofe haqqında 6 qayda

Dadlı kofe haqqında 6 qayda

Kateqoriya: məsləhətlər

Dadlı kofe haqqında 6 qayda

Yaxşı kofeni evdə düzəltmək elə də çətin deyil. Kofebişirən, espresso-maşın, “french-press” kimi kofe hazırlayan maşın varsa evdə kafelərdəki kimi ətirli, dadlı kofen hazırdır demək. Dadlı kofe haqqında müxtəlif sirlər var ki, ən vacibləri haqqında məlumat veririk.

Sirr 1 – üyütmək
Hazırlanma metodundan asılı olaraq kofeni fərqli şəkildə üyütmək lazımdır. Belə ki, espresso-maşın üçün kofe incə olmalıdır, dəmlənməsi 18-23 saniyə çəkir, “french-press”də isə kofelər böyük olmalıdır və isti suda onlar 4 dəqiqəyə həll olunur.

Sirr 2 – su
Kofe düzəldərkən suya diqqət etmək lazımdır. Onun dadlı alınması üçün su ya filterdən keçmə ya da təbii olmalıdır.

Sirr 3 – nisbət
Su və kofenin nisbəti uyğun olmalıdır. Misal üçün, “french-press” maşında bişən kofedə 10 qram üyüdülmüş kofe üçün hər dəfə 180 ml su lazım olur.

Sirr 4 - suyun istiliyi
Suyun qaynama istiliyi 90 ilə 96 dərəvə arasında olmalıdır. Ki bu da , ideal kofe adı üçün yetərlidir.

Sirr 5 – kofenin təzəliyi
Ləzzətli kofe sadəcə yeni dənələrdən hazırlana bilər. Zəngin dad üçün kofeni ağzı qapaqlı qeyri-şəffaf qabda saxlamalı, paket kofeləri isə 1 həftə bouunca istifadə etməkdə fayda var.

Sirr 6 – qab
Kofeni çox dadlı etmək üçün onu sadəcə “french – press” kofe maşınında bişir.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür