resepti.local » Resept » Gürcü xəngəli resepti
Gürcü xəngəli resepti

Gürcü xəngəli resepti

Mətbəx: Gürcü mətbəxi
Porsiya: 4-6

Gürcü xəngəli resepti

Tərkibi:
4 stakan un
1 stakan soyuq su
1 yumurta
duz
Bərk xəmir alınmalıdır və əslində xəmiri 2-4 saat yoğurmaq lazımdır. Əgər evinizdə xəmir yoğuran robotu varsa ondan istifadə edin.

İçlik:
1 kg mal əti (gürcülər donuz əti ilə yarı yarıya edir)
2-3 diş sarımsaq
keşniş
2 soğan
xmeli-suneli
duz
istiot
biraz su

Hazırlanması:
Xəmiri yoğurduqdan sonra şəkildə gördüyünüz kimi yayıb stakanla kəsirik. Sonra onlarıda yayırıq. İçlik qoyuruq. İçlik biraz sulu olmalıdır ki, xəngəlin içində bulyon əmələ gəlsin. Dairənin kənarından başlayaraq qatlaya-qatlaya büzün. Boğça alınmalıdır. Yuxarısını yaxşı sıxın. Uzun alındısa onu biraz bıçaqla kəsin. Gürcülər deyir ki, 20 qatdan az olmamalıdır. Amma bu artıq vaxtnan gəlir,əl öyrəşəndə.
Düzlü suda bişiririk. Xəngəl qazanda üzə çıxan kimi 10 dəq. sonra hazırdır. Xəmiriniz elə olmalıdır ki, suda cırılmasın. Xəngəl xəmirini soyuducuda 3 gün saxlaya bilərsiz.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür