resepti.local » Resept » Draniki resepti
Draniki resepti

Draniki resepti

Mətbəx: Yoxdu
Kateqoriya: qəlyanaltılar
Porsiya: Yox

Draniki resepti

Tərkibi:
4 kartof
2 yumurta
duz
istiot
Yanına servis etmək üçün xama
Qızatmaq üçün bitki yağı

Hazırlanması:
1.Kartof soyulub yuyulur.
Sürtkəcin böyük gözündən keçirdilir. Bu sürtkəcdən keçirilmiş kartofu yenidən suda yuyun.
Suyunu yaxşı süzün və mətbəx dərmalına qoyun ki, artıq suyu çəkilsin. Yaxşı qurulayın.
2.Kartofu bir dərin qaba qoyun. İçinə yumurta çırpın. Duz və istiot əlavə edin. Hamısını yaxşı qarışdırın.
3.Tavaya bitki yağı əlavə edin.
Qızğın yağa qaşıqla kartof qarışımını qoyun və qaşıqla forma verin.
Peçenya üçün metallik qabdanda istifadə edə bilərsiz. İçinə qoyub qaşıqla yastayın.
4.Hər tərəfini 3-5 dəqiqə qızardın.
5.Qızarmışları mətbəx dəsmalına yığın ki, artıq yağı çəkilsin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür