resepti.local » Resept » Moruqlu bezeli tart resepti
Moruqlu bezeli tart resepti

Moruqlu bezeli tart resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Moruqlu bezeli tart resepti

Tərkibi:
Tart üçün:
3 ədəd yumurta sarısı
4 x.q. şəkər tozu
100 qr yağ
1 x.q. su
1 paket vanil
0.5 paket qabartma tozu
un

Beze üçün:
3 ədəd yumurta ağı
1 st. şəkər tozu
1 paket vanil
moruq

Hazırlanması:
Əvvəlcə tart üçün qeyd olunmuş ərzaqları bir qabda qarışdırıb, xəmir hazırlayırıq. Qabın üzərini streçlə bağlayıb, 30 dəqiqə müddətində soyuducuda saxlayırıq. Daha sonra xəmiri soyuducudan çıxardıb, sürtgəcdən keçirərək soba qabına yayırıq. Kənarları biraz hündür olmalıdır. 180 dərəcə istilikli sobada üzəri az qızarana kimi bişiririk. Sobadan çıxardıb, üzərinə moruq düzürük və yenidən bişməyə qoyuruq. Biraz keçdikdən sonra çıxardıb, soyuması üçün kənara qoyuruq.
Su vannası edib, daha sonra mikserlə çırpma üsulu ilə bezeləri hazırlayırıq. Torbaya yığıb, soyumuş tartın üzərinə sıxırıq. Rəngi dəyişməsi üçün üzərini mətbəx alışqanı ilə yandırırıq. Və yaxud yüksək dərəcədə 5-10 dəqiqə sobada da saxlaya bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür