resepti.local » Resept » Uran planetinin xüsusiyyətləri
Uran planetinin xüsusiyyətləri

Uran planetinin xüsusiyyətləri

Kateqoriya: bürclər

Uran planetinin xüsusiyyətləri

Müstəqillik, azadlıq, yaradıcılıq, cazibədarlıq, yenilik, ağıl, dahilik, dözümsüzlük, ani fürsətlər…

Uran sürprizlər və gözlənilməz hadisələr planetidir. Gələcəyi, yeni texnologiyanı, internet və virtual mühiti təmsil edər. Yenilikçi, əvvəldən təyin olunmayan, təcrübəçi və gələcəyə dönük şeylərin planetidir. Uran cəmiyyətlərin, sivilizasiyaların, təşkilatların nizamlarını sarsıdıb yeni intizama başlamalarına səbəb olur. Ani dəyişikliklər, üsyan, müstəqillik və şok gətirir. Universal həqiqətin yolunda tez və azadlaşdırıcı nəticələr gətirir. Uran romantik deyil, obyektivdir. Ulduz xəritələrində güclü bir Uran təsiri ilə doğulanlar dövrlərinə görə çox qabaqcıl bir düşüncə qabiliyyətinə sahib olarlar. Bu kəslər bərabərlik, azadlıq, demokratiya və ətraf mühit mövzularında çox həssasdırlar. Uranın ulduz xəritəsindəki yeri adamın dəyişiklik, yenilik etmə gücü haqqında yaxşı göstəricidir. Buna qiyamçı dəyişikliklər, düşünmədən hərəkətə keçmə, ağla gəlməyən şeyləri etmə və fərdi azadlığı axtarmaq kimi mövzular da daxildir. Uran elmi, elektriki və Astrologiyanı idarə edir. Yaxşı astroloqların ulduz xəritəsində Uran əhəmiyyətli yerdədir. Bədəndə isə qan dövranını, qanı, beyni idarə edir. Astrologiyada isə Dolça bürcünün hamisidir. Bu planet hər bürcdə yeddi il qalır və 84 ildə dövrünü tamamlayar.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür