resepti.local » Resept » Klassik Fransız Klafuti gilaslı resepti
Klassik Fransız Klafuti gilaslı resepti

Klassik Fransız Klafuti gilaslı resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Klassik Fransız Klafuti gilaslı resepti

Tərkibi:
500 qr. gilas (dondurulmuş olar)
1+1/2 st. süd
1 st. un
1 dolu x.q. kərə yağı
4 yumurta
1/2 st. şəkər tozu
1 limon qabığı

Hazırlanması:
1.Gilasın tumlarını çıxardın. Süzqəcə qoyun və üstünə 1 x.q. şəkər toxu səpin. Şirəsi çəkildin.
2.Soba qabını kərə yağı ilə yaxşı yağlayın və üstünə un səpin.
3.Yumurtaları şəkər tozu ilə çalırıq. Üstünə ərinmiş kərə yağını əlavə edirik, qarışdırırıq.
4.Süd əlavə edirik.
5.Əələnmiş un əlavə edirik və mikserlə çalırıq.
6.Sonda narın sürtkəcdən keçirilmiş limon qabığını əlavə edirik, qarışdırırıq.
7.Soba qabına suyu çəkilmiş gilasları qoyuruq. Qabın hamısı dolmalıdır, gilaslar yanbayan olmalıdır.
8.Gilasın şirəsini xəmirə əlavə edib qarışdırırıq.
9.Xəmiri gilasların üstünə tökürük.
10.İsinmiş sobada 180 dərəcədə 35 dəqiqə bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür