resepti.local » Resept » Mayasız xəmirdən pirojki resepti
Mayasız xəmirdən pirojki resepti

Mayasız xəmirdən pirojki resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Mayasız xəmirdən pirojki resepti

Tərkibi:
Xəmir üçün:
1 st qatıq otaq temperaturunda
1 yumurta
5 y.q.günəbaxan yağı
2 ç.q.şəkər
1 ç.q.duz
1ç.q. təpəsiz soda
4-4,5 st un ( amma tort unu yox, mən Karmen unuyla yoğurdum)

İçlik üçün:
3-4 iri kartof,
1 orta boy soğan,
1 cimdik sarıkök
Qızartmaq üçün günəbaxan yağı

Hazırlanması:
1. Kartofun qabığını soyub, 4 yerə bölüb duzlu suda bişirin. Ayrıca xırda doğranmış soğanı yağda qovurun, ən axırda 1cimdik sarıkök vurun. Bişmiş kartofun suyunu süzün, əzin və soğança, istiot vurun, qarışdırın. Duzuna baxın.
2. Xəmir üçün undan və sodadan başqa bütün ərzaqları qaba yığın, qarışdırın. Sodanı vurun qarışdırın. Xəmir köpük-köpük olacaq. Unu ələyin və yup yumuşaq xəmir yoğurun
Əsla sərt etməyin xəmiri ☝
5 dəq gözləyin, sonra kündələrə bölün, əlinizlə yastılayın, içlik qoyun, möhkəm büküb dağ yağda qızardın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür