resepti.local » Resept » İspansayağı sarımsaqlı krevet resepti
İspansayağı sarımsaqlı krevet resepti

İspansayağı sarımsaqlı krevet resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

İspansayağı sarımsaqlı krevet resepti

Tərkibi:
500 qr. krevet (dondurulmuş və ya təzə)
4 x.q. zeytun yağı
1/2 limon
1 ç.q. qırmızı istiot (pul bibər)
1 diş sarımsaq
duz

Hazırlanması:
Tavaya zeytun yağı əlavə edin.
Sarımsağı xırda xırda doğrayın.
Sarımsağı və qırmızı bibəri tavaya əlavə edin. 1-2 dəq. qovurun, amma yanmamalıdır. Rəngini dəyişməməlidir.
Tavaya limonun suyunu sıxın.
Krevetləri əlavə edin və 3 dəqiqə gur xodda qızardın.
Krevetləri isti servis edin

Krevetləri çox bişirən zamab əti bərkiyir və dadı gedir. 3 dəqiqə kifayyətdir.
Krevetləri bişirməmişdən əvvəl bel tərəfindən biraz bıçaqla kəsin və içindəki qara ipi çıxardın. Sonra suyun altında yuyun. Bunu az adam edir amma bu vacibdir.
Dondurulmuş krevet alanda onlara diqqətlə baxın. Qara başdı krevetlər xarabdır. Sarı və tünd ayaqlı krevetlər xarabdır.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür