resepti.local » Resept » Kələmin faydaları
Kələmin faydaları

Kələmin faydaları

Kateqoriya: faydalı bitkilər

Kələmin faydaları

Ağ kələmin tərkibi demək olarki insan həyatı üçün zəruri olan vitamin toplusundan ibarətdir. Bunlar provitamin A, vitamin C, B1, B2, B3, B6, K və mədə xorasının qarşısını almağa kömək edən U vitaminləridir.
Onun tərkibində karbohidratların yağa çevrilməsinin qarşısını alan tartron turşusu vardır. Baş kələmin şirəsində mədə və onikibarmaq bağırsaq xorasının sağalmasına kömək edən maddə – V vitamini olur. Kələm suyu mədə şirəsinin ifrazını artırır, o həmçinin ödqovma xassəsinə də malikdir. Onu qastrit və xora xəstəliyinin qarşısını almaq üçün 2-3 həftə gündə 3 dəfə 0,5 stəkan içmək lazımdır. Kələm suyunu +2*C-də ancaq 1 gün saxlamaq olar. İltihabi xəstəliklərdə, yanıqlarda, əzilmədə həmin yerə kələm qoyulur. Kök və kələm suyu qarışığı vitamin C-nin əla mənbəyini təşkil edir. Beləki, bu da paradantozun yaranmasına səbəb olan bəzi damaq xəstəliklərinin qarşısını alır.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür