resepti.local » Resept » Bulqur salatı resepti
Bulqur salatı resepti

Bulqur salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Bulqur salatı resepti

Tərkibi:
100 qr qaynamış toyuq filesi
4 xörək qaşığı qaynamış bulğur
1 ədəd qırmızı soğan
6 ədəd qurudulmuş pomidor (ilıq suda saxlanmış)
2 ədəd pomidor
1 ovuc təzə nanə
1 ovuc təzə cəfəri
1 çay qaşığı zirə
1 yemək qaşığı nar şərabı
1 yemək qaşığı zeytun yağı

Hazırlanması:
İlk əvvəl qaynadılmış toyuq filesini didin. Bir qabın içində bulğurun üzərinə 1 stəkana yaxın qaynar su töküb ağzını bağlayaraq şişənə kimi saxlayın. Göyərtiləri yuyub doğrayın. Ardından qırmızı quru soğanı dorayın.
Qurudulmuş pomidorları suda isladın, sonra doğrayın. Bütün ləvazimatları bir qaba qoyun. Üzərinə didilmiş toyuq filesini və bulğuru əlavə edin. Ədviyyat, duz vurun. Ən sonda zeytun yağı və nar şərab əlavə olunur. Zövqünüzə görə salata qoz da əlavə edə bilərsiz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür