resepti.local » Resept » Ev şəraitində asan hazırlanan dondurma resepti
Ev şəraitində asan hazırlanan dondurma resepti

Ev şəraitində asan hazırlanan dondurma resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Ev şəraitində asan hazırlanan dondurma resepti

Tərkibi:
duru qaymaq(slivki)-200 ml
yumurta-5 ədəd
şəkər tozu-300 q (10 x.q)

Hazırlanması:
Əvvəlcə yumurtaların sarısını ağından ayırırıq, sonra yumurta sarısına şəkər tozunun tam yarısını əlavə edib əl mikseri ilə və ya qaşıqla qarışdırırıq. Kənarda duru qaymağı qatılaşana qədər mikserlə çalırıq, ayrıca qabda yumurtanın ağını mikserlə çalırıq qatı ağ köpük halını alana qədər.

Qatılaşmış qaymağa şəkər tozunun digər yarsını əlavə edib, üzərinə çaldığımız yumurtanın sarısnı və köpük halına gətirdiyimiz yumurtanın ağını əlavə edib yavaş surətlə qaşıqla qarışdırırıq.

Zövqə görə əgər şokoladlı istəyiriksə bu qarışıma kakao və ya meyvəli istəyiriksə istədiyimiz meyvə dilimlərini əlavə edə bilərik. Sonra bu qarışımı ixtiyari qabda soyuducunun dondurma gözündə ən azı 2 saat saxlayıb sonra süfrəyə verə bilərik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür