resepti.local » Resept » Keşniş
Kateqoriya: faydalı bitkilər

Keşniş

Keşniş toxumlarından həm xörəklərdə, həm də biskvit məmulatlarında istifadə edilir. Yarpaqları, gövdəsi salat və xörəklərə əlavə edilir. Keşniş iştahaaçıcıdır, həzmi asanlaşdırır, mədə-bağırsaqdakı sancıları aradan qaldırır.

Keşniş antiseptik, yəni mikroböldürücü xüsusiyyətə malikdir. Keşnişin toxumunu əzin, bir şirniyyat qaşığı keşniş toxumunu 1 stəkan qaynar suya tökün, stəkanın üstünü möhkəm bağlayın və 5 dəqiqə dəmə qoyun. Yeməkdən əvvəl 1 stəkan için.

Keşniş həm də sakitləşdirici təsirə malikdir, təzyiqi aşağı salır, yarpağından salat və souslarda istifadə edilir.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür