resepti.local » Resept » Tərəvəzli toyuq fahitosu resepti
Tərəvəzli toyuq fahitosu resepti

Tərəvəzli toyuq fahitosu resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Tərəvəzli toyuq fahitosu resepti

Tərkibi:
toyuq filesi,
bolqar bibəri,
baş soğan,
acı ketçup,
acı çili sous keşniş,
tortilya (lavaş) pomidorlar,
ədviyyatlar qarışığı

Hazırlanması:
1. Donu açılmış toyuq filesini qablaşdırmadan çıxardın. Yuyun və mətbəx dəsmalı ilə qurudun.

2. Tərəzələri və göyərtini yuyun və təmizləyin.

3. Toyuq filesini və bolqar bibərini iri zolaqlar şəkilində, soğanı isə yarıdairəvə şəkilində doğrayın.

4. Orta odda qızdırılmış tavaya yağ əlavə edin və tərəvəzləri qızılı rəng alanadək 2-3 dəqiqə ərzində qızardın.

5. Toyuqu əlavə edin və daha 3-4 dəqiqə ərzində qızardın.

6. Ketçupu, çili sousunu və doğranmış keşnişi əlavə edin (təamın bəzədilməsi üçün bir qədər keşniş saxlayın), qarışdırın və orta odda 2-3 dəqiqə ərzində qızardın.

7. Ədviyyatlar qarışığını və duzu zövqünüzə görə tədricən əlavə edin.

8. Lavaşı qaba açın, üzərinə tərəvəzli toyuqu düzün və istədikdə lavaşı zərf şəkilində bükün. Təamı pomidorla və doğranmış keşnişlə bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür