resepti.local » Resept » Novruz bayramı - Yumurta boyama
Novruz bayramı - Yumurta boyama

Novruz bayramı - Yumurta boyama

Kateqoriya: məsləhətlər

Novruz bayramı - Yumurta boyama

Artıq novruz bayramına sayılı günlər qalıb. Novruzun adətlərindən biri də yumurta boyamaqdı. Hər kəs evində yumurta boyayır, xonça bəzəyir. Xonçalarımızı boyanmış yumurtasız təsəvvür etmirik.

Yumurta boyanması
1. Yumurtanın üzərinə müxtəlif gül şəkilləri etmək üçün:

Əvvəlcə soğan qabığını soyuruq və suya tökürük.

İstədiyiniz göyərti yarpağını yumurtanın üzərinə qoyaraq marli ilə büküb soğan qabığı ilə bərabər qaynadırıq.

2. Hazır mağazalarda satılan rənglərlə boyamaq üçün:
Əvvəlcə rəngi isti suda yaxşıca həl edirsiniz, sonra yumurtanı suya salıb seçdiyiniz rəng yumurtaya hopanacan gözləyirsiniz.

Yaxşı boyamaq üçün - Yumurtaların daha yaxşı boyanması üçün suyun içinə qoyduğunuz yumurtanın üzərinə 1 çay qaşığı sirkə əlavə edin.

3. Ev şəraitində müxtəlif rəngləri almaq üçün - Yaşıl almadan (yaşıl rəng), qırmızı kələm yarpağından (göy rəng), soğan qabığından (narıncı rəng), limon qabığından (sarı rəng) istifadə edə bilərsiniz.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür