resepti.local » Resept » Göyəm turşusu resepti
Göyəm turşusu resepti

Göyəm turşusu resepti

Mətbəx: Yoxdu
Kateqoriya: turşular
Porsiya: Yox

Göyəm turşusu resepti

Tərkibi:
Göyəm – 2 kq.

Marinad üçün:
Duz – 1 x.q.
Şəkər tozu – 3 x.q.
9%-li sirkə – 3 x.q.
Mixək – 5-6 ədəd
Yumru qara istiot – zövqdən asılı olaraq
Dəfnə yarpağı – 3-4 ədəd
Su – 1,5 l

Hazırlanması:
Göyəmlər yuyulur, bəndəmləri çıxarılır. Marinad hazırlanır: bütün ədviyyatlar bir qazana yığılır, su tökülür və qaynadılır. Bu vaxt ərzində göyəmlər steril bankalara səliqə ilə yığılır və qaynar marinad onların üzərinə tökülür. Bankalar çatlamasın deyə, qaynar marinadı ora süzən zaman bankaların altına mütləq metal əşya qoyun, məsələn, bıçaq. Bir neçə dəqiqə sonra marinadı yenidən qazana süzürsüz, qaynadırsız və təkrar olaraq, göyəm bankalarının üzərinə süzürsüz. Qapağını bağlayırsız. 3 gündən sonra göyəmlər hazır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür