resepti.local » Resept » Lobya çığırtması resepti
Lobya çığırtması resepti

Lobya çığırtması resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Lobya çığırtması resepti

Tərkibi:
1 kilo təzə lobya
6 xörək qaşığı duru və ya kərə yağı
2 ədəd baş soğan
2 ədəd pomidor
1 dəstə reyhan
Zövqə görə duz, istiot
4 ədəd yumurta

Hazırlanması:
Əvvəlcə lobyanı su doldurulmuş qazana qoyub, qaynadıb tam bişməmiş süzün. Sonra ya olduğu kimi saxlayın, ya da stəkanın alt hissəsi ilə lobyanı bir az əzin. Belə etdikdə lobya bir az yumşalır.

Tavada yağı qızdırın. Soğanı yağda bir az qızardın. Üstünə pomidor və reyhanı əlavə edib 5 dəqiqə də bişirin. Lobyanı buraya əlavə edin. Duz, istiot vurun. Tavanın qapağını örtün və yeməyi arada bir qarışdıra-qarışdıra, suyu çəkilənə və lobya bişənədək bişirin (təximinən 15 dəqiqə)

Yumurtaları bir kasaya qırıb qarışdırın. Sonra bu qarışığı lobyanın hər tərəfinə tökün. Qapağı bağlı, yumurtalar bərkiyənədək bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür