resepti.local » Resept » Qurabiyə dadında: Qlutensiz poğaça resepti
Qurabiyə dadında: Qlutensiz poğaça resepti

Qurabiyə dadında: Qlutensiz poğaça resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qurabiyə dadında: Qlutensiz poğaça resepti

Tərkibi:
1 su stəkanı noxud unu,
1 ədəd yumurta ağı,
1 su stəkanı lor pendiri,
1/2 su stəkanı qatıq,
1 şirniyyat qaşığı qabartma tozu.

Üstü üçün:
1 ədəd yumurta sarısı,
1 yemək qaşığı çörək otu.

Hazırlanması:
Bütün ərzaqları bir qabda qarışdırın və əlinizlə gözəlcə yoğurun.
Noxud ununun şəkil alması bir az zor ola bilər.
İstəsəniz əlinizlə sıxışdırar , istəsənizdə bir dondurma qaşığının yardımı ilə şəkil verə bilərsiniz.
Şəkil verdiyiniz poğaçaları yağlı kağız sərdiyiniz bir soba sinisinə düzün, üstlərinə yumurta sarısı sürtün və üzərinə çörək otu səpin.
Əvvəlcədən sobanı 170 dərəcə qızdırın.
Əvvəlcədən qızdırdığınız sobada üstləri qızarana qədər 25 dəqiqə bişirin.
Sobadan aldıqdan sonra ilıq olaraq servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür