resepti.local » Resept » Amerikan burgeri resepti
Amerikan burgeri resepti

Amerikan burgeri resepti

Mətbəx: Dünya mətbəxi
Kateqoriya: qəlyanaltılar
Porsiya: Yox

Amerikan burgeri resepti

Tərkibi:
Kotlet üçün:
300 qr. yağlı mal əti (farş)
1 baş soğan
1 ç.q. xardal
duz
istiot

Əlavə:
2 ədəd hamburger bulkası
1 qırmızı soğan
2 list yaşıl salat
1 pomidor
1 turşü xıyar
2 ç.q. evdə hazırlanmış mayonez (resept səhifədə var)
1 ç.q. xardal zövgə görə və ya ketçup

Hazırlanması:
1.Kotletlərimizi hazır edək. Soğanı lap xırda-xırda kəsirik və ətə əlavə edirik.
2.Xardal, duz, istiot əlavə edərək yaxşıca 5 dəqiqə ərzində qarışdırırıq.
4.Kotletlərimizi formaya salırıq.
3.Günəbaxan yağında adi qaydada qızardırıq.
4.Hamburger bulkalarını sobada biraz qızdırırıq. Və yarında kəsirik.
5.Bulkanın alt hissəsinə mayonez çəkirik. Və ardıcıllıqla hamburgerimizi yığırıq. Yaşıl salat, kotlet, xardal və ya ketçup, nazik kəsilmiş qırmızı soğan, nazik kəsilmiş pomidor, nazik kəsilmiş turşu xıyar. Sonda bulkanın üstünü qoyuruq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür