resepti.local » Resept » Qaspaço resepti
Qaspaço resepti

Qaspaço resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qaspaço resepti

Tərkibi:
0,5 kg təzə pomidor
1 xıyar
1 baş qırmızı soğan
1 ədəd yaşıl bibər (acısız)
1 diş sarımsaq
keşniş və ya cəfəri
100 qr. çörəyin yumuşaq yeri
2 x.q. zeytun yağı
1 x.q. sirkə
1 stakan pomiror soku
0,5 lt. su
duz
istiot

Hazırlanması:
Sarımsağı, duzu və çörək qırıntıkarını döyə döyə yaxşıca əzin. Bir saat gözlədin.
Pomidorun alt tərəfindən plus formasında kəsik edin, 1 dəqiqə qaynar suda saxlayın. Qabığı o zaman yaxşı təmizlənəcək.
Bibəri tavada biraz közləyin, qabığını soyun.
Blendor qabına pomidor, xıyar, bibər, sarımsaqlı qarışımı, göyərtini, soğanı əlavə edin. Yaxşıca əzin, kaşa formasında olsun.
Zeytun yağı, sirkə, tomat soku əlavə edin.
Yaxşıca qarışdırın.
2-3 saatdıq soyuducuda saxlayın. Servis edən zaman soyuq su ilə qarışdırın.
Süfrəyə boşqabda və ya stəkənda verə bilərsiniz.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür