resepti.local » Resept » 2018 tort TRENDİ - Hərf və ya rəqəm tort resepti - FOTO RESEPT
2018 tort TRENDİ - Hərf və ya rəqəm tort resepti - FOTO RESEPT

2018 tort TRENDİ - Hərf və ya rəqəm tort resepti - FOTO RESEPT

Mətbəx: Yoxdu
Porsiya: Yox

2018 tort TRENDİ - Hərf və ya rəqəm tort resepti - FOTO RESEPT

Tərkibi:
250 qr. kərəyağı
220 qr. pudra şəkəri
1 yumurta
1 paket vanil
1 çimdik duz
500 qr. un (nə qədər getdi)
100 qr. üyüdülmüş badam

Krem üçün:
200 qr. ağ şokolad
200 qr. şanti
300 qr. qaymaq

Hazırlanması:
Kərə yağı ilə pudra şəkərini əlavə edib qarışdırırıq.
Daha sonra yumurta, duz və vanili əlavə edib qarışdırdıqdan sonra un və badam ununu əlavə edin.
Xəmiri hazırladıqdan sonra 1 saat soyuducuda saxlayın.
Xəmiri istədiyiniz hərf və rəqəm kəsmək üçün kağızda formanı hazırlayın.

Xəmiri soyuducudan çıxarıb 2 hissəyə bölün (bu reseptin qədəri sadəcə 1 dənə hərf və ya rəqəm üçündür. Siz hərf və rəqəm sayını artırmaq üçün ərzaqların 2 qatını istifadə edin.) xəmiri yayın və istədiyiniz formada kəsib 180°C isidilmiş sobada 20 dəqiqə bişirin.

Kremin hazırlanması:
Şanti ilə qaymağı çalıb üzərinə əridilmiş ağ şokoladı əlavə edib mikserlə biraz daha çalın.
Soyuşum xəmirlərin üzərinə kremi bəzəkli əlavə edib istədiyiniz kimi bəzəyin.

2018 tort TRENDİ - Hərf və ya rəqəm tort resepti - FOTO RESEPT











































Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür