resepti.local » Resept » Yeni İl - Pesto souslu çörək resepti
Yeni İl - Pesto souslu çörək resepti

Yeni İl - Pesto souslu çörək resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Yeni İl - Pesto souslu çörək resepti

Tərkibi:
1,5 su stəkanı ilıq su
1 yemək qaşığı maya
1 yemək qaşığı toz şəkər
1 yemək qaşığı zeytun yağı
1 çay qaşığı duz
Aldığı qədər un

İçlik üçün:
Pesto sousu
Holland pendiri

Hazırlanması:
Bütün vəsaitləri qarışdıraraq, qulaq məməsinə gələnə qədər yoğurun. Ardından üzərini örtüb xəmir iki qatı olana qədər bir saat mayalandırın. Mayalandıqdan sonra yüngül un səpin və xəmiri yarım millimetr qalınlığında açın. Üzərinə pesto sousu bolca sürtüb, pendir səpin. Əlinizlə naringi böyüklüyündə toplar edərək, yağlı kağız sərilmiş soba nimçəsinə düzün. Üzərinə yumurta sarısı sürtün və 180 dərəcə sobada 20 dəqiqə bişirin. Bişdikdən sonra üzərinə təkrar pesto sousu əlacə edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür