resepti.local » Resept » Kənd toyuğu ilə ləvəngi resepti
Kənd toyuğu ilə ləvəngi resepti

Kənd toyuğu ilə ləvəngi resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 4-6

Kənd toyuğu ilə ləvəngi resepti

Tərkibi:
1 ədəd kənd toyuğu
150 qr qoz ləpəsi
2-3 ədəd qırmızı baş soğan
2 ç.q. nar turşusu
Duz, istiot

Hazırlanması:
Toyuğa duz və istiot səpilib 2-3 saat saxlanır.

İçliyin hazırlanması:
Qoz ət maşınından keçirilir.
Soğan sürtkəcdən keçirilir, suyu sıxılır.
Soğanın üzərinə qoz, nar turşusu, duz və istiot əlavə edilib qarışdırılır.
İçlik toyuğun içərisinə doldurulur.
Üzərinə turşu çəkilib təndirdə və ya 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür