resepti.local » Resept » Kartoflu ördək qızartması resepti - FOTO RESEPT
Kartoflu ördək qızartması resepti - FOTO RESEPT

Kartoflu ördək qızartması resepti - FOTO RESEPT

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Kartoflu ördək qızartması resepti - FOTO RESEPT

Tərkibi:
2 ədəd ördək
0.5 kq kartof
1 ədəd alma
3 ədəd hindistan qozu
2 ç/q kəklikotu
2 ç/q duz
2 ç/q istiot
1 ədəd soğan

Hazırlanması:
Ördəyin bud hissəsini ayırır, yuyur duz-istiot vurub bir neçə saat gözləyirik.

Kartoflu ördək qızartması resepti - FOTO RESEPT

Ətdəki yağlı hissələri ayırırıq.



Kartofu yuyur, təmizləyir və dilimlərə ayırırıq.



Almanın çəyirdəklərini çıxarır və kartofu doğradığımız qaydada kəsirik. Həmçinin, soğanı da doğrayırıq.



Ətin və soğanın üzərinə yağ əlavə edərək falqa kağızına bükərək, 200 dərəcəli sobada bişməyə qoyuruq. Yağ əridikdən və ət biraz bişdikdən sonra üzərinə digər məhsulları- almanı, kartofu və kəklikotunu əlavə edərək, yenidən falqa kağızına bükür, sobada bişiririk. Və budur yeməyimiz hazırdır.



Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür