resepti.local » Resept » Unsuz və şəkərsiz keks resepti
Unsuz və şəkərsiz keks resepti

Unsuz və şəkərsiz keks resepti

Mətbəx: Yoxdu
Porsiya: 6-8

Unsuz və şəkərsiz keks resepti

Tərkibi:
1 su stəkanı qoz ləpəsi
1.5 su stəkanı fındıq içi
3 yumurta
1.5 çay stəkanı süd
2 yemək qaşığı bəkməz
1 paket qabartma tozu
1 paket vanilin
1 çay qaşığı darçın
1 yemək qaşığı portağal qabığı rəndəsi
8-10 xurma
Yarım çay stəkan quru üzüm

Hazırlanması:
* Keks tərifləri ən sevilən şirniyyatlar arasında yer alsa da, karbonhidrat dəyəri yüksək olduğu üçün diqqətli tükədilməsi gərəkir.
* Ərzaqlarınız hazırdırsa aşağı kalorili unsuz və şəkərsiz keks tərifinə başlayaq .
* İlk olaraq qoz və fındığı əzərək toz halına gətirin.
* Yumurtaların otaq temperaturunda olmasına diqqət edin.
* Qarışıma əlavə etməzdən öncə yumurtanın ağ və sarısını ayrı qablarda çırpa bilərsiniz.
* Yumurtaları bir mikser yardımıyla 3-4 dəqiqə çırpın.
* Süd, bəkməz, qabartma tozu, vanilin və darçını yumurtaların üzərinə əlavə edin.
* Çəkdiyiniz fındıq, qoz ləpəsi və portağal qabığı rəndəsini də əlavə edin.
* Kiçik -kiçik doğradığınız xurma və quru üzümləri də əlavə edərək taxta bir qaşıqla qarışdırın.
* Hazırladığınız qarışımı yağlı kağız sərili 20*20 ölçüdə dördkünc formalı bir qaba tökün.
* Keksin qabarması üçün qabartma tozunun yanında bir çay qaşığı soda əlavə edə bilərsiniz.
* Bunun nəticəsində keksdə olan turşuluq da azalacaqdır.
* İstifadə edəcəyiniz quru ərzaqları əlavə edin.
* Yağlı kağız istifadə etməsəniz soba qabını kərə yağı ilə yağlayın.
* Belə edərsinizsə keksi qabdan rahat çıxarda bilərsiniz.
* Qısa zaman ərzində hazırlanan keksin bir porsiyonu 300 kaloriyə yaxındır.
* Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
* Unsuz və şəkərsiz keksi dadlandırmaq üçün kakaolu dondurma ilə birlikdə servis edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür