resepti.local » Resept » Qozlu sousla qoyun qızartması resepti - FOTO RESEPT
Qozlu sousla qoyun qızartması resepti - FOTO RESEPT

Qozlu sousla qoyun qızartması resepti - FOTO RESEPT

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Qozlu sousla qoyun qızartması resepti - FOTO RESEPT

Tərkibi:
400 q qoyun əti (mal əti də götürmək olar)
150 q pomidor
150 q soğan

sous:
100 q qoz
3 diş sarımsaq
30 ml bitki yağı
yarım limonun şirəsi
duz
istiot

Hazırlanması:
Soğanı xırda doğrayın.
Pomidorları doğrayın.
Folqanın içinə soğanı düzün.
Üzərinə əti yerləşdirin.
Duz-istiot vurun.
Pomidorları ətin üzərinə düzün.
Folqanı bükün.
Formanın içinə qoyun.
180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.
Blenderin kasasına qoz, sarımsaq, yağ, limon şirəsi, duz-istiot tökün.
Xırdalayın.
Sousu ətin yanında süfrəyə verin.

Qozlu sousla qoyun qızartması resepti - FOTO RESEPT























Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür