resepti.local » Resept » Saqanaki resepti
Saqanaki resepti

Saqanaki resepti

Mətbəx: Yoxdu
Kateqoriya: qəlyanaltılar
Porsiya: Yox

Saqanaki resepti

Tərkibi:
300 qr. ağ pendir (Feta)
1 yumurta
1 x.q. oregano (qaraqanıq az.dilində, duşitsa rus dilində)
3-4 x.q. un
2 pomidor
4 x.q. zeytun yağı

Hazırlanması:
Pendiri yumru və ya dord künc formada kəsirik. Nə çox nazik nə çox qalın olmalıdır. ❌ Kəsəndə pendir dağılmasın deyə, bıçağınızı soyuq suda saxlayın hər təzə tikə kəsəndə.
Qaba yumurta vurun, oregano əlavə edib yaxşı çırpın.
Hər pendir dilimini əvvəl yumurtaya sonra isə una batırın.
Qızğın tavada, zeytun yağında qızardın.
Salfetin üstünə yığın ki, artıq yağı çəkilsin.
Pomidorları nazik kəsin.
Boşqaba bu cür düzün və servis edin.
Yanında yaşıl salat və limon suyu yaxşı uyur.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür