resepti.local » Resept » Çiyələkli maskarponi resepti
Çiyələkli maskarponi resepti

Çiyələkli maskarponi resepti

Mətbəx: Yoxdu
Porsiya: 2-4

Çiyələkli maskarponi resepti

Tərkibi:
300 qram çiyələk
250 qram maskorponi pendiri
150 qram yağlı qaymaq
3 xörək q. qəhvəyi şəkər
1 xörək q. rom
2-3 dənə ovulan peçenye

Hazırlanması:
2-3 çiyələyi bəzək üçün ayrı qaba qoyun.
Qalanını çəngəl ilə pure forması alana qədər yaxşı əzin.
Rom və ya arağı istilədib şəkərlə qarışdırn ki, şəkər ərisin.
Qaymağı mikserlə çalın və ərimiş şəkərə üzərinə əlavə edin.
Maskorponini də çəngəl ilə əzib qaymağa qatıb qarışdırın.
Yağlı kütləni furjerlərə doldurub üzərinə çiyələk püresindən tökün və bir az taxta çöp ilə qarışdırın.
15 dəqiqə soyuducuda saxlayın.
Bərkidikdən sonra üzərinə ovulmuş peçenye səpin və çiyələk qoyun.
Çiyələkli maskarponi servisə hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür